Medvedevdən Ukrayna ilə bağlı qalmaqallı AÇIQLAMA:

Medvedevdən Ukrayna ilə bağlı qalmaqallı AÇIQLAMA: "Yox olmalıdır"

Hazırda oxunan: Medvedevdən Ukrayna ilə bağlı qalmaqallı AÇIQLAMA: "Yox olmalıdır"

201542

Kiyevin NATO-ya gedən yolunun ya Ukraynanın yox olması, ya da Alyansın yox olması ilə başa çatması üçün Rusiya hər şeyi etməlidir. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, Teleqram kanalında NATO-nun Vaşinqton Bəyannaməsini şərh edib:

"Bu bəyanatda Alyansa üzv olan ölkələr Ukraynanı tam Avro-Atlantik inteqrasiyaya, o cümlədən NATO-ya üzvlüyə doğru dönməz yolda dəstəkləyəcəklər".

Yeri gəlmişkən, ABŞ 9-10-11 iyul 2024-cü il tarixlərində Vaşinqtonda NATO sammitinə ev sahibliyi edir. Görüşlər Uolter E. Vaşinqton konqress mərkəzində NATO baş katibinin sədrliyi ilə keçirilir.

Otuz iki üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə üzv ölkələrlə yanaşı Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO