General olan eks-deputat: “Yorulmuşam, seçkilərdə iştirak etməyəcəm”

General olan eks-deputat: “Yorulmuşam, seçkilərdə iştirak etməyəcəm”

Hazırda oxunan: General olan eks-deputat: “Yorulmuşam, seçkilərdə iştirak etməyəcəm”

201527

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bununla bağlı siyasi partiyalar, müstəqil namizədlər artıq hazırlıq işləri görür və iştirak edəcəklərini açıqlayırlar. 

Bizim.Media xəbər verir ki, sabiq deputat, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov demokrat.az-a açıqlamasında yaşı ilə əlaqədar parlament seçkilərində iştirak etməyəcəyini bildirib.  

Əliağa Hüseynov deyib ki, cavanlara yol vermək lazımdır: 

“İndiyədək məni dəstəkləyənlərin Allah canını sağ eləsin. Hamısı sağ olsunlar. Yorulmuşam, ona görə də cavanlara yol vermək lazımdır. Görürsünüz ki, bu gün dünyada nələr baş verir, hansı siyasətlər aparılır. Həm iqtisadi, həm siyasi cəhətdən cürbəcür məsələlər baş verir. Cavan uşaqlarımız var, qoy onlara yol açılsın. İndiyədək nə etmişik, halal xoşları olsun. Bundan sonra cavanlar Azərbaycan üçün çalışsınlar və cənab Prezidentimizin ətrafında yumruq kimi birləşsinlər. Bütün iştirak edənlərə də uğurlar arzu edirəm. Seçilməyənlər isə təəssüflənməsinlər. Qiymət xalqındır. Xalq kimi istəyərsə, onu da seçəcək. Amma nə qədər bacarıqlı insanlara yol versələr, o qədər Azərbaycanımız inkişaf edəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO