Millimiz Ermənistanla QARŞILAŞACAQ 

Millimiz Ermənistanla QARŞILAŞACAQ 

Hazırda oxunan: Millimiz Ermənistanla QARŞILAŞACAQ 

201067

Sabah 16 yaşadək basketbolçu qızlar arasında Avropa çempionatının C divizionunun oyunlarına start veriləcək. 

Bizim.Media xəbər verir ki, Cəbəllütariqdə təşkil olunacaq yarış iyulun 14-dək davam edəcək. 

Azərbaycan yığması A qrupunda mübarizə aparacaq. U-16 millimiz Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə qarşılaşacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri qrupdakı ilk oyununu sabah Ermənistana qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qızlarımız iyulun 10-da saat 12:30-da Gürcüstan və 11-də saat 12:30-da Kipr millisi ilə görüşəcək. 

Qeyd edək ki, iyulun 13-də yarımfinal və 5-8-ci yerlər uğrunda matçlar baş tutacaq. Ayın 14-də isə 1-ci, 3-cü, 5-ci və 7-ci yer uğrunda oyunlar təşkil olunacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO