Ağsuçayda sel qorxusu: Tədbir görülməsə... - VİDEO

Ağsuçayda sel qorxusu: Tədbir görülməsə... - VİDEO

Hazırda oxunan: Ağsuçayda sel qorxusu: Tədbir görülməsə... - VİDEO

200931

Bir neçə gün öncə yağan aramsız yağışlardan sonra Ağsuçayda yaranan sel fəsadlar yaradıb. Çayın kənarlarındakı torpaq qatları uçaraq ətrafdakı evlərə yaxınlaşıb.

Bizim.Media xəbər verir ki, mövzuya yerli sakinlər münasibət bildirib.

Onların sözlərinə görə, vaxtında tədbir görülməsə, evlər üçün ciddi təhlükə yaranacaq. 

Bundan əlavə, çayın üzərində olan körpünün də zədələndiyi bildirilir.

Məsələ ilə bağlı Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov bildirib ki, fəsadlarla bağlı komissiya yaradılıb. 

Ağsu və Girdiman çaylarının keçdiyi ərazilərin hansında fəsad varsa, monitorinq qrupu tərəfindən qeydə alınıb.

Məsələ ilə bağlı həm icra hakimiyyəti, həm də idarə tərəfindən aidiyyəti qurumlara məktub göndərilib. Yaxın vaxtlarda yəqin ki, bir daha baxış keçirilib nəticələrinə və fəsadların aradan qaldırılmasına dair tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO