Çinlə Azərbaycan turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır olduqlarını bildirirlər.
Bizim.Media xəbər verir ki, bu fikir iyulun 3-də Astanada qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də yer alıb.
Birgə Bəyannamədə qeyd ediib ki, Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır.
Sənədə əsasən, tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:57 / 03.07.2024
Çin vətəndaşlarına bir illik vizasız rejim tətbiq ediləcək
Hazırda oxunan: Çin vətəndaşlarına bir illik vizasız rejim tətbiq ediləcək
Hazırda oxunan: Çin vətəndaşlarına bir illik vizasız rejim tətbiq ediləcək
200300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.