Batşuayi

Batşuayi "Fənərbaxça"dan "Qalatasaray"a keçir

Hazırda oxunan: Batşuayi "Fənərbaxça"dan "Qalatasaray"a keçir

198241

"Fənərbaxça" ilə müqaviləsi başa çatan Mişu Batşuayi "Qalatasaray"a keçir.

Bizim.Media "NTV Spor"a istinadən xəbər verir ki, artıq tərəflər arasında müəyən razılıq əldə olunub.

"Qalatasaray"ın İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu da açıqlamasında belçikalı hücumçu ilə danışıq aparıldığı təsdiqləyib: 

"Biz Batşuayi ilə danışırıq və müəyyən razılıq var. Amma rəsmi imzalar atılmayıb. Bu halda nəsə deməyim düzgün deyil. O, bizim maraqlandığımız, bəyəndiyimiz, komandamızda görmək istədiyimiz oyunçudur".

Qeyd edək ki, Belçika millisinin üzvü 2022-ci ildən "Fənərbaxça"da çıxış edir. O, başa çatan mövsümdə 43 oyuna 24 qol vurub.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO