Qubada selin dağıtdığı yolların bərpasına BAŞLANILDI

Qubada selin dağıtdığı yolların bərpasına BAŞLANILDI

Hazırda oxunan: Qubada selin dağıtdığı yolların bərpasına BAŞLANILDI

198099

Qubada bir neçə gün əvvəl sel sularının dağıtdığı yolların bərpasına başlanılıb.

11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, selin dağıtdığı Qarxun-Yerfi-Adur-Qonaqkənd-Xaltan istiqamətindəki yolların gediş-gəliş üçün müvəqqəti açılması təmin edilib.

Bu gündən həmin istiqamətlərdə yolların yenidən bərpa edilməsinə start verilib. Bununla belə, bölgədə dəyişkən hava şəraiti davam edir. Ötən gün Xaltan-Çarxaçu kəndlərinə yağan yağış Çarxaçu çayında suyun artmasına səbəb olub. Görülən tədbirlərlə baş verə biləcək fəsadın qarşısı alınıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO