Hacıhətəmli kəndində sakinlərin müraciətləri dinlənildi - FOTOLAR

Hacıhətəmli kəndində sakinlərin müraciətləri dinlənildi - FOTOLAR

Hazırda oxunan: Hacıhətəmli kəndində sakinlərin müraciətləri dinlənildi - FOTOLAR

197809

İsmayıllı rayonunun Hacıhətəmli kəndində sakinlərin müraciətləri dinlənilib.


Sfera.az xəbər verir ki, görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.


Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. 
Qəbulda kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bir çox müraciətlər yerindəcə həll edilib. 


Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Görüşdən sonra Hacıhətəmli kəndindən olan şəhid Xəlilov Qədim İlqar oğlunun ailəsi ziyarət olunub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO