Tanınmış şirkətin işi üzrə daha 5 nəfər həbs edilib - DETALLAR - FOTO/VİDEO

Tanınmış şirkətin işi üzrə daha 5 nəfər həbs edilib - DETALLAR - FOTO/VİDEO

Hazırda oxunan: Tanınmış şirkətin işi üzrə daha 5 nəfər həbs edilib - DETALLAR - FOTO/VİDEO

196722

“Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev və həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi işrə ibtidai istintaq tamamlanıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, istintaqın gedişində daha 5 nəfər-Valeh Rüstəmov, Ədib Kazımov, Qalib Bayramov, İlqar Məmmədov və Bəxtiyar Məhərrəmov həbs edilib. Həmçinin onların əməllərindən zərər çəkənlərin də sayı artaraq 117 nəfərə çatıb. Zərərçəkmişlərə dəymiş ziyan isə 2 milyon manata yaxındır.

Agentlik rəhbəri digərləri ilə birgə zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər.

Bu iş üzrə ilk məhkəmə iclası keçirilib. Zərərçəkmiş şəxslərin çoxu iclas başlamazdan əvvəl məhkəmənin qarşısına toplaşıblar.

Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsinə başlanılıb. İşdə tərəflərin sayı çox olduğundan proses təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq orqanının vəsatəti, prokurorun təqdimatı ilə 9 nəfərin hər biri haqda həbs qərarı verilib.
 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO