Gəncə şəhərində FHN-nin əməkdaşları arasında baş verən silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Zahid Sarıyev aralarında yaranmış mübahisə zamanı iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq öldürməkdə şübhəli bilinir.
Hər iki şəxs dost və iş yoldaşı olublar.
Dünyasını dəyişən M.Əsədov Samux rayonunun Qarayeri qəsəbə sakinidir və ailəli olub.
Hadisəni törətməkdə şübhəli bilinən Z.Sarıyev isə Gəncə şəhər sakinidir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qətlə yetirilən Mehrac Əsədovun fotosunu təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:13 / 10.06.2024
Gəncədə qətlə yetirilən şəxs FHN əməkdaşı olub - TƏFƏRRÜATLAR/FOTO
Hazırda oxunan: Gəncədə qətlə yetirilən şəxs FHN əməkdaşı olub - TƏFƏRRÜATLAR/FOTO
Hazırda oxunan: Gəncədə qətlə yetirilən şəxs FHN əməkdaşı olub - TƏFƏRRÜATLAR/FOTO
196658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.