Xudayar Yusifzadəni təhqir edəni döyənlərin kimliyi müəyyənləşdi - RƏSMİ 

Xudayar Yusifzadəni təhqir edəni döyənlərin kimliyi müəyyənləşdi - RƏSMİ 

Hazırda oxunan: Xudayar Yusifzadəni təhqir edəni döyənlərin kimliyi müəyyənləşdi - RƏSMİ 

19582

Sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadəni döyən şəxslər müəyyən edilib.

Bizim.Media-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, həmin videogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb və cinayət işi başlanılıb:

“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb. Həyata keçiriən istintaq-əməliyyat tədbirləri nəticədində hadisəni törədən şəxslər müəyyən olunub. Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçisi F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb.

F.Rəsulzadənin döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO