Ərdoğan İzmir vilayətində beynəlxalq hərbi təlimləri izlədi

Ərdoğan İzmir vilayətində beynəlxalq hərbi təlimləri izlədi

Hazırda oxunan: Ərdoğan İzmir vilayətində beynəlxalq hərbi təlimləri izlədi

194871

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir vilayətinin Doğanbey rayonunda keçirilən “EFES-2024” beynəlxalq hərbi təlimlərinin “Müşahidəçi günü” çərçivəsində gündüz fazasını izləyib. Qardaş ölkənin dövlət başçısı, həmçinin hərbçilərin qarşısında çıxış edib.

Bizim.Media xəbər verir ki, fəxri qonaqları kürsüsündə Rəcəb Tayyib Ərdoğanla yanaşı təlimlərin gedişini Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də izləyiblər.

“EFES-2024” təlimləri çərçivəsində Azərbaycanın hərbi qulluqçularının da iştirak etdiyi birgə əməliyyatların müxtəlif ssenariləri yerinə yetirilib. Şərti rəqibin nəzarət etdiyi rayonun sahilinə dəniz desant qrupunun endirilməsi də həyata keçirilib.

1F-16 təyyarələri və ATAK-2 hərbi helikopterləri şərti rəqibin müəyyən olunmuş hədəflərinə zərbələr endirib. Eyni zamanda, helikopterlərin köməyi ilə personalın təxliyəsi də həyata keçirilib. Artilleriya və minaatan bölmələr isə şərti rəqibin istehkamlarını məhv ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO