Əməkdar artist Bəsti Bəkirova təcili əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu haqda “Elgizlə izlə” ictimai-sosial verilişinin efirində məlumat verilib.
Nəfəs alması ilə bağlı iki dəfə burnundan əməliyyat olunan sənətçinin bu problemi aradan qalxmadığından o yenidən bıçaq altına yatıb.
Özəl klinikaların birində yenidən əməliyyat olunan Bəstinin hazırda özünü yaxşı hiss etdiyi bildirilib.
Rəşad Əliyev, Bizim.Media