Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ  

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ  

Hazırda oxunan: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ  

193298

Mayın 22-23-də əsasən Azərbaycanın dağlıq və dağətəyi rayonlarda, 24-ü gündüzdən 27-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 
Mayın 24-ü gündüzdən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO