Eminemin qızının TOYU OLDU – FOTO 

Eminemin qızının TOYU OLDU – FOTO 

Hazırda oxunan: Eminemin qızının TOYU OLDU – FOTO 

193218

Dünya şöhrətli repçi Eminemin qızı Heyli sevgilisi Evan Makklintokla ailə qurub. 

Bizim.Media xəbər verir ki, sənətçinin qızı toylarından çəkilən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Görüntülərdə cütlük birlikdə pozlar verib, Heyli də atası ilə rəqs edib. 

“O qədər xoşbəxt göz yaşları töküldü, o qədər gülüşlər və təbəssümlər oldu, biz çox sevgi hiss etdik”, - deyə Heyli paylaşımına şərh yazıb. 
Qeyd edək ki, Heyli və Evan 2016-cı ildən eşq yaşamağa başlayıb və onlar 2023-cü ilin fevralında nişanlandıqlarını elan ediblər. Eminem özü müsahibələrindən birində etiraf edib ki, Heyli ilə fəxr edir və onun məktəbdən dərhal sonra evlənməməsindən, dərslərinə vaxt ayırmasından məmnundur. 












Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO