Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılara məxsus olduğu bildirilən restoranda yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Telegram” kanallarında məlumat yayılıb.
Məlumata görə, Krasnodarskaya küçəsində yerləşən “Aşkım” restoran və ziyafət zalında güclü yanğın olub. Yanğın 350 kvadratmetr ərazini əhatə edib. Restoranın damı qismən uçub.
Restoranda olan 12 nəfər işçi və ziyarətçilər ərazidən təxliyə edilib.
Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.
Bizim.Media