DİN-dən kart sahiblərinə XƏBƏRDARLIQ:

DİN-dən kart sahiblərinə XƏBƏRDARLIQ: "Qarşı tərəfə əlavə məlumatlar verməyin"

Hazırda oxunan: DİN-dən kart sahiblərinə XƏBƏRDARLIQ: "Qarşı tərəfə əlavə məlumatlar verməyin"

193077

"Cinayətkar qruplar xarici nömrələr vasitəsilə vətəndaşlara zəng edərək onların bank kartı məlumatlarını əldə edir və hesablarında olan vəsaitləri kiberüsullarla talamaqda davam edirlər".

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, mayın 18-19 tarixlərində vətəndaşlara məxsus kartlardan müvafiq olaraq 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 manatlıq vəsaitlər oğurlanıb:
"Bütün faktlar bir üsulla - şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, "faiz hesablanmadan əlavə kredit xətti açılması" ilə bağlı 9604 manatdır. "Bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq", - deməklə isə 6500 manat pul oğurlanıb. Digər faktlar da eyni məzmunludur".

DİN-in rəsmisi müraciətində qeyd edib ki, hesaba pul köçürülməsi niyyəti ilə qarşı tərəfə 16 rəqəmdən əlavə məlumatlar verilməməlidir:

"Əgər hər hansı cəlbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsaitinizi itirəcəksiniz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO