Hüseyn Həsənova lüks avtomobil hədiyyə edildi - FOTO/VİDEO

Hüseyn Həsənova lüks avtomobil hədiyyə edildi - FOTO/VİDEO

Hazırda oxunan: Hüseyn Həsənova lüks avtomobil hədiyyə edildi - FOTO/VİDEO

192766

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənova gözlənilməz sürpriz olunub.

Bizim.Media xəbər verir ki, hazırda Bakıda olan Hüseynə ad günü ərəfəsində (yaxın günlərdə 30 yaşına qədəm qoyacaq - red.) qara rəngdə lüks "Mercedes" markalı avtomobil hədiyyə olunub.

Bu haqda Həsənov sosial şəbəkə hesabında məlumat yayıb. 

Hüseynə bu məlumatı onun dostu çatdırıb. Belə ki, Nardarandakı evinin qarajına enən bloger böyük qırmızı bantla bağlanmış, üzərində "Hüseyn Həsənov üçün hədiyyə" yazılı avtomobil görüb. 

Gözlərinə inanmayan Həsənov əvvəlcə bunun zarafat olduğunu, lakin daha sonra həqiqətən də avtomobilin ona kimliyi bəlli olmayan şəxs tərəfindən hədiyyə olduğunu öyrənib.

Hüseyn həmin avtomobil ilə yaxın dəqiqələrdə gəzintiyə çıxacağını bildirib.

Sözügedən video görüntüləri təqdim edirik:
 






Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO