“Hilton” otellər şəbəkəsinin varisi, Hollivud ulduzu Paris Hilton açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, Paris uşaqları surroqatlar tərəfindən daşınarkən “yalançı qarın” taxdığını etiraf edib.
Bunu ulduz hamilə qalmağın nə olduğunu hiss etmək üçün etdiyini bildirib:
“Mən protez qarın aldım və bütün günü evdə geyindim. Bilirəm ki, bu çılğın səslənir, amma mən çox istəyirdim ki, ən kiçik şəkildə belə reallığı hiss edim. Özümü hamilə hiss etdim. Həmin vaxt özümü sevinc, fürsət və yeni həyatla dolu hiss etdim”
Qeyd edək ki, Paris Hiltonun bu ilin əvvəlində oğlu Feniks, ötən il isə qızı London dünyaya gəlib. İş adamı Karter Reum ilə evli olan Parisin hər iki övladı surroqat anadan dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:30 / 18.05.2024
Paris Hilton öz yalanını ÜZƏ ÇIXARDI – FOTO
Hazırda oxunan: Paris Hilton öz yalanını ÜZƏ ÇIXARDI – FOTO
Hazırda oxunan: Paris Hilton öz yalanını ÜZƏ ÇIXARDI – FOTO
192695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.