Daha bir bölgəmizə yağış yağır – FOTO/VİDEO  

Daha bir bölgəmizə yağış yağır – FOTO/VİDEO  

Hazırda oxunan: Daha bir bölgəmizə yağış yağır – FOTO/VİDEO  

192503

Şəki-Zaqatala rayonlarında bir həftəyə yaxın davam edən yağışlar ötən gün ara vermişdi. Gecə saatlarından başlayaraq yenidən yağış yağmağa başlayıb. 

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometeorologiya Müəssisəsinə istinadən bildirir ki, yağışlar bütün bölgəni, əsasən də dağlıq və dağətəyi əraziləri əhatə edir. 

İlkin məlumatlara əsasən, bölgənin yüksək dağlıq ərazilərində, əsasən Böyük Qafqazın zirvələrində növbəti dəfə qar yağıb.

Havanın temperaturu dağlıq ərazilərdə 5-7, dağətəyi yaşayış məntəqələrində 8-11 dərəcə təşkil edir. 

Məlumatlarda o da qeyd edilir ki, hazırda bölgəyə aylıq normadan üç dəfə çox yağıntı düşüb. Havaların mövsümə uyğun deyil, qeyri-sabit keçməsi kənd təsərrüfatı ilə məşğul olanların başlıca qayğısına çevrilib.

Çiskinli-dumanlı hava ilk növbədə meyvə-tərəvəz məhsullarının yetişməsi və inkişafına ciddi təsir göstərir. Digər tərəfdən arpa və buğda sahələrində sünbülün tozlanma prosesi də gecikir ki, bu da gələcək məhsul üçün ciddi problemlər yaradır.
Hidrometeoroloqlar bildirir ki, qarşıdakı istirahət günləri də bölgədə yağıntılı hava şəraiti davam edəcək. 
 









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO