Prezident: “Azərbaycanda heç vaxt etnik-dini zəmində qarşıdurma baş verməyib”

Prezident: “Azərbaycanda heç vaxt etnik-dini zəmində qarşıdurma baş verməyib”

Hazırda oxunan: Prezident: “Azərbaycanda heç vaxt etnik-dini zəmində qarşıdurma baş verməyib”

192268

“Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına ünvanladığı müraciətdə qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ÜNVANLADI


Dövlət başçısı qeyd edib ki, tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır:

“Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO