Məşhur bəstəkar Ətiqə Ələkbərovanın səhhəti pisləşib.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Elgizlə izlə” ictimai-sosial verilişinin efirində məlumat verib.
Ələkbərovanın evinə yollanan proqramın çəkiliş heyəti bəstəkarın vəziyyəti ilə maraqlanıb.
Proqramın aparıcısı Elgiz Əkbərdən yardım istəyən sənətçi özünü pis hiss etdiyini bildirib:
“Özümü çox pis hiss edirəm. İndi güclə danışıram. Kürəyimdə ağrılar var”.
Daha sonra bildirilib ki, Ə.Ələkbərovanın iki qızı var. Onların biri ilə hələ də bəstəkar danışmır. Bir qızı Amerikaya köçub, digəri qızı isə Avropada yaşayır. O, iki dəfə anasına maddi dəstək durub və pul yollayıb.
E.Əkbər isə ona yardım edəcəyini vurğulayıb.
Qeyd edək ki, lirik mahnıların kraliçası kimi tanınan Ətiqə Ələkbərova psixoloji problemləri üzündən 5 il ruhi xəstəxanada müalicə alıb.
Rəşad Əliyev, Bizim.Media