Yevlaxda bu şəxslərə inzibati protokol tərtib olundu - SƏBƏB

Yevlaxda bu şəxslərə inzibati protokol tərtib olundu - SƏBƏB

Hazırda oxunan: Yevlaxda bu şəxslərə inzibati protokol tərtib olundu - SƏBƏB

192247

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı keçirilən profilaktiki tədbirlərlə 200 inzibati protokol tərtib olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya yerli bürosuna verilən məlumata görə, tədbirlər nəticəsində qanunsuz küçə ticarəti ilə məşğul olan 20, tütün məmulatlarından istifadə qaydalarını pozan 53, xırda xuliqanlıq hərəkətlərinə yol verən 41, məişət tullantılarını urnalardan kənara atan 20, azyaşlılara tütün məmulatları satan 7, qanunsuz ov silahı saxlayan 5 nəfər və eləcə də, digər qayda pozuntularına yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO