Özünü nar ağacıdan asan gəlinin ölümü ilə bağlı TƏFƏRRÜAT- VİDEO

Özünü nar ağacıdan asan gəlinin ölümü ilə bağlı TƏFƏRRÜAT- VİDEO

Hazırda oxunan: Özünü nar ağacıdan asan gəlinin ölümü ilə bağlı TƏFƏRRÜAT- VİDEO

19222

“Xəzər” TV  Sabirabad rayonunda 20 yaşlı Səmayə Zeynalovanın intiharı ilə bağlı süjet hazırlayıb. Bəzi kütləvi informasiya vasitələrində 20 yaşlı Səmayənin intihar etməsinə səbəb kimi ailəsinin ona mənəvi-psixoloji təsirlər etməsi göstərilsə də, mərhumun həyat yoldaşı və qonşuları bu məlumatların yalan oldğunu dilə gətiriblər.

Ailə üzvləri bildirirlər ki, Səmayə həmin gün səhər tezdən duraraq həyət-bacanı təmizləyib. Daha sonra isə balaca oğlunun paltarlarını yuduqdan sonra həyətlərində olan nar bağına gəlib və oğlu ilə bir neçə şəkil çəkdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qaynı oğlu tərəfindən öldürülən qadınla bağlı TƏFƏRRÜAT


Bir müddət keçdikdən sonra isə qayınanası Səmayənin özünü nar ağacından asaraq intihar etdiyini görüb. Səmayənin yoldaşı Eldar Zeynalov deyir ki, bir neçə gün əvvəl yoldaşına işləmək üçün Rusiyaya gedəcəyini bildirib.

Həmin vaxt onlar arasında yüngül münaqişə olsa da, sonradan Zeynal Səmayəyə bildirib ki, Rusiyada işlərini qaydaya saldıqdan sonra onları da yanına aparacaq.

O ki qaldı Eldarın valideynlərinin Səmayəyə mənəvi-psixoloji işgəncə verdiklərinə və onu bezdirib intihar həddinə çatdırdıqlarına dair iddialara, ailə bu deyilənləri təkzib edib. Elə qonşular da yayılan məlumatlara inanmadıqlarını bildiriblər.

Qeyd edək ki, üç il öncə ailə həyatı quran Səmayə Zeynalovanın 1 yaş 6 aylıq oğlu var. Sabirabad Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi cinayət işi başlanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO