İki azyaşlı dəm qazından zəhərləndi - BİRİ ÖLDÜ

İki azyaşlı dəm qazından zəhərləndi - BİRİ ÖLDÜ

Hazırda oxunan: İki azyaşlı dəm qazından zəhərləndi - BİRİ ÖLDÜ

192210

Ağcabədidə 2 azyaşlı dəm qazından zəhərlənib, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digərinin isə vəziyyəti ağırdır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb. 

Belə ki, Boyat kənd sakinləri Hümbətov Emil Emin oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından zəhərləniblər. Verilən məlumata görə, zəhərlənmə nəticəsində Emil Hümbətov həyatını itirib. F.Hümbətova isə Ağcabədi mərkəzi rayon xəstəxanasına çatdırılıb. 

Hazırda vəziyyətinin ağır olduğu deyilir.

Baş vermiş hadisə ilə bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma aparılır. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO