Şuşada daha 38 ailəyə evlərinin açarları təqdim edildi - FOTO

Şuşada daha 38 ailəyə evlərinin açarları təqdim edildi - FOTO

Hazırda oxunan: Şuşada daha 38 ailəyə evlərinin açarları təqdim edildi - FOTO

192035

Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, 38 ailə olmaqla, 136 nəfər Şuşa sakini doğma yurduna qovuşub. 

Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO