Bred Pitt model Emili Ratakovski ilə eşq yaşayır - FOTO

Bred Pitt model Emili Ratakovski ilə eşq yaşayır - FOTO

Hazırda oxunan: Bred Pitt model Emili Ratakovski ilə eşq yaşayır - FOTO

191932

58 yaşlı aktyor Bred Pitt 31 yaşlı Emili Ratakovski ilə görüşür, onlar birlikdə çox vaxt keçirirlər.

 

Sfera.az xəbər verir ki, bu barədə “DeuxMoi” məlumat yayıb. Bildirilir ki, onlar bir neçə həftədir ki, yaxın münasibətdədirlər.

 

Şahidlərin sözlərinə görə, cütlük müxtəlif vaxtlarda Parisdəki restoranlardan birində birlikdə şam edərkən və Nyu-Yorkdakı “Pearl Oyster” barında görünüb.

 

Ancaq Pitt və Ratakovski hələlik münasibətləri ilə bağlı açıqlama verməyiblər.

 

Qeyd edək ki, Emili Ratakovski və Sebastyan Bir-Maklard dörd illik evlilikdən sonra ayrılıblar. Boşanma ərizəsini model verib. Cütlüyün ayrılması ilə bağlı söz-söhbətlər ilk dəfə iyulun 14-də 31 yaşlı modelin nişan üzüyü olmadan görüntülənməsi zamanı ortaya çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO