Dadı ilə məşhur olan samovarda qeyri-adi Bakı düşbərəsi – FOTO 

Dadı ilə məşhur olan samovarda qeyri-adi Bakı düşbərəsi – FOTO 

Hazırda oxunan: Dadı ilə məşhur olan samovarda qeyri-adi Bakı düşbərəsi – FOTO 

191788

Azərbaycan milli mətbəxinin ən sevilən xəmir xörəklərinin biri də düşbərədir. Düşbərə sözünün etimalogiyasının “Düş Bəri” sözündən götürüldüyü ehtimal olunur. Belə ki, sözün çox kiçik olduğu üçün qaşığa sığmayan düşbərələrin boşqaba düşməsiylə yaranması deyilir. Zaman keçdikcə “Düş Bəri” sözü dəyişərək “Düşbərə”yə çevrilib. 

Qədim zamanlarda qazdan istifadə olunmadığı üçün yeməklər odda, ocaqda bişirilirdi. Bakı zonasının məşhur düşbərə yeməyini də samovarın içində bişirmək üsulu da bunlardan biridir. 

Bizim.Media qeyri-adi dadı ilə məşhur olan samovarda Bakı düşbərəsinin reseptini təqdim edir:

Samovarda Bakı düşbərəsinin tərkibi:

Xəmiri üçün:

2 stəkan un

1 ədəd yumurta

100 ml su

duz

İçlik üçün:

250 qr qoyun əti

100 qr qoyun quyruğu

1 ədəd soğan

duz, istiot

zövqə görə nanə qurusu və ya təzə nanə yarpağı

Samovarda Bakı Düşbərəsinin hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda un və duzu qarışdırın. Unun orta hissəsinə yumurta və suyu əlavə edib bərk xəmir yoğurun. Xəmirin üzərini mətbəx dəsmalı ilə örtüb 15 dəqiqə kənarda saxlayın.

İçliyi hazırlamaq üçün qoyun əti və quyruğunu ətçəkəndən maşından keçirin. Soğanı da ətçəkən maşından keçirib suyunu sıxın və ətin üzərinə əlavə edib qarışdırın. Üzərinə zövqə görə nanə qurusu və ya doğranmış təzə nanə yarpaqları, duz, istiot əlavə edib qarışdırın. 

Xəmiri unlanmış düz səthin üzərində 1 mm qalınlığında yayın. Yayılmış xəmiri kiçik ölçülü kvadrat şəklində kəsin. Hər kvadratın orta hissəsinə noxud boyda qiymə qoyub düşbələr bükün. 

Samovarı su ilə doldurub alışdırın. Qaynayan suya bir çimdik zəfəran və duz tökün. Hazırladığınız düşbərələri samovarda qaynayan suya əlavə edin. Samovarın qapağını örtüb 5 dəqiqə düşbərələrin bişməsini gözləyin. Düşbərələr suyun üzərinə çıxırsa demək təam hazırdır.
Bişmiş düşbərəni nimçəyə töküb üzərinə samovarın düşbərə bişən suyunu əlavə edin. Yaxud da samovarın boğaz hissəsinə folqa kağızını yerləşdirib samovarı tərs çevirərək boşalda bilərsiniz. Hazır şorbanın üzərinə kərə yağı, nanə qurusu və göyərti səpib süfrəyə təqdim edin. Bakı kəndlərində düşbərəni süfrəyə zövqə görə, qatıq, sirkə və ya sarımsaqlı sirkə ilə verilir. 

Nuş Olsun!




Aysel Əliyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO