Əməkdar artist Elnarə Abdullayeva “Zarafat bir yana” verilişində qonaq olub.
Bizim.Media xəbər verir ki, sənətçi türk həmkarı Mabel Matizin repertuarında hitə çevrilən “Antidepresan” mahnısını ifa edib.
Elnarə bildirib ki, bu mahnını heç zaman eşitməyib. Abdullayeva qeyd edib ki, türklərin müsiqiləri “şur” muğam üstündə qurulub və onlarda “segah” yoxdur.
Əməkdar artist sözügedən nəğməni muğam boğazları ilə ifa edib. Elnarə Abdullayevanın ifası sosial şəbəkələrə yayılaraq müzakirə obyektinə çevrilib.
Rəşad Əliyev, Bizim.Media