Volqoqrad Neftayırma Zavoduna dron hücumu: Yanğın oldu - VİDEO

Volqoqrad Neftayırma Zavoduna dron hücumu: Yanğın oldu - VİDEO

Hazırda oxunan: Volqoqrad Neftayırma Zavoduna dron hücumu: Yanğın oldu - VİDEO

191641

Rusiyanın Volqoqrad Neftayırma Zavoduna dron hücumu nəticəsində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Volqoqrad quberniyasının mətbuat xidməti bildirib.

“PUA-nın Volqoqrad Neftayırma Zavodu ərazisinə düşməsi ilə detonasiyası nəticəsində alışma baş verib. Yanğınsöndürmə-xilasetmə qüvvələri çevik şəkildə işə başlayıblar – yanğın söndürülüb. İtki yoxdur”, – şəhər administrasiyasının teleqram kanalı qubernator Andrey Boçarovdan sitat gətirib.

Onun sözlərinə görə, ötən gecə hava hücumundan müdafiə qüvvələri Volqoqrad ərazisinə PUA hücumunu dəf edib.

Xatırladaq ki, mayın 11-də Rusiyanın Belqorod şəhərinə endirilmiş zərbələr nəticəsində bir nəfər ölmüş, 29 nəfər yaralanmışdı.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO