DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT edib

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT edib

Hazırda oxunan: DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT edib

191559

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarədən Bizim.Media-ya daxil olmuş məlumatda deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə paytaxta havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Bu, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı və ya çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

Həftənin şənbə və bazar günləri, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz havada daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO