Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal aldığı ən bahalı hədiyyədən söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Günaylı gün” verilişində danışıb.
“Aldığım ən bahalı hədiyyə “Avroviziya” yarışmasında qalib gələndən sonra oldu. Dövlətimiz tərəfindən mənə və Eldara ev hədiyyə etdilər”, - deyə N.Camal vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media