Şadlıq sarayının qarşısındakı qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO

Şadlıq sarayının qarşısındakı qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO

Hazırda oxunan: Şadlıq sarayının qarşısındakı qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO

190686

Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil 2 qadını vurub, nəticədə onlardan biri dünyasını dəyişib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qəzada vəfat edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva təhsil sahəsində tanınmış şəxs imiş. Uzun illər pedoqoji fəaliyyət göstərmiş. G.Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl vəzifədən azad edilibmiş. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda toydan çıxan qadınları maşın vurdu: Ölən var – VİDEO  


Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir. 

Qeyd edək ki, hadisə dünən saat 22:40 radələrində baş verib. Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub. 

Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir. 

Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO