Cavanşir körpüsü nə zaman söküləcək? – RƏSMİ AÇIQLAMA

Cavanşir körpüsü nə zaman söküləcək? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Cavanşir körpüsü nə zaman söküləcək? – RƏSMİ AÇIQLAMA

190636

Son günlər paytaxtdakı Cavanşir körpüsünün söküləcəyi barədə müzakirələr gedir. Nəzərə alaq ki, Cavanşir körpüsü paytaxtın Xətai rayonunda Afiyəddin Cəlilov ilə Üzeyir Hacıbəyli küçələrini birləşdirir. Uzunluğu 202 metr, eni 17 metr olan körpü 12 aşırımlıdır. Bir zamanlar Bakı Dəniz Limanı bu ərazidə yerləşdiyi üçün körpünün altından dəmir yolu kieçirdi. Amma Limanın Ələtə köçürülməsindən sonra bu dəmir yolu istifadəsiz qalıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Cavanşir körpüsü 1962-ci ildə inşa edilib:
 

MÖVZU İLƏ BAĞLI:

Cavanşir körpüsü sökülür? - VİDEO


“Bu körpünün inşasını da zəruri edən səbəb o idi ki, vaxtilə Dəniz Ticarət Limanı bu ərazidə idi və dənizdən gələn yüklər bu ərazidəki dəmir yolu vasitəsi ilə növbəti ünvana daşınırdı. Artıq neçə ildir ki, Bakı Dəniz Ticarət Limanı Ələtə köçürülüb. Ona görə də bu körpü artıq öz funksiyasını başa vurub”.

Anar Nəcəfli onu da qeyd edib ki, ötən il körpüdə müvafiq testlər aparılıb:

“Testlər Böyük Britaniyanın müvafiq şirkəti tərəfindən aparılıb və aparılan testlərdən sonra belə bir qənaətə gəlindi ki, Cavanşir körpüsünün sökülməsinə ehtiyac var. Çünki, körpü öz funksionallığını itirib. Həm də istismar müddəti başa çatıb. Bununla bağlı AAYDA aidiyyatı qurumlar  qarşısında məsələ qaldırıb. İndi gözləyirik. Körpünün sökülüb-sökülməyəcəyi veriləcək qərardan asılı olacaq”. 

Surxay Atakişiyev, Bizim.Media  

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO