14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI 

14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI 

Hazırda oxunan: 14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI 

190631

Suraxanıda əri tərəfindən dəfələrlə bıçaqlanan həkim Arzu Balabəyovanın vəziyyəti açıqlanıb. 

Bu barədə Bizim.Media-ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda həkim xanımına 14 bıçaq zərbəsi vuran ər TUTULDU


Bildirilib ki, mayın 4-ü saat 22:10 radələrində 1973-cü il təvəllüdlü şəxs (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. 

O, qarının ön divarının, döş qəfəsinin sol yarısının ön divarının, sol çiyin nayihəsinin və sağ budun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Qaraciyər, mədə yaralarının və kəsilmiş-deşilmiş yaraların birincili cərrahi işlənməsi və tikilməsi əməliyyatı icra edilib. Xəstənin müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir. 

Qeyd edək ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü A. Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb.

1970-ci il təvəllüdlü Fikrət Balabəyov ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Hadisədə şübhəli bilinən F. Balabəyov polis tərəfindən saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən faktla bağlı araşdırma aparılır. 
A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO