Malyariya ilə mübarizə günü - SİMPTOM VƏ STATİSTİKA

Malyariya ilə mübarizə günü - SİMPTOM VƏ STATİSTİKA

Hazırda oxunan: Malyariya ilə mübarizə günü - SİMPTOM VƏ STATİSTİKA

19010

Hər il aprelin 25-də Ümumdünya Malyariya ilə Mübarizə Günü qeyd olunur.

Bizim.Media xəbər verir ki, 2007-ci ildə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu xəstəliklə səmərəli mübarizə aparmaq barədə qərar qəbul olunub.

Malyariya ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir. Ağcaqanad insanı sancdıqda parazit qana keçir və qaraciyər toxumasına daxil olur. Xəstəlik adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalağın böyüməsinə səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni ölümcül virus gəlir - XƏBƏRDARLIQ


Əksər hallarda onun əlamətləri özünü yoluxmadan sonra 10 gün - 4 həftə ərzində büruzə verir, lakin halsızlıq və zəiflik 8 gündən, bəzən də bir ildən sonra hiss edilə bilər.

Hər il dünyada 200 milyon nəfər malyariyaya yoluxur və onun yarım milyona yaxını həyatını itirir. Yoluxmanın 90 faizi əsasən Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur.

Xəstəliyin risk qrupuna daha çox beş yaşınadək uşaqlar daxildir.

Ötən əsrin 90-cı illərində ölkəmizdə malyariyaya yoluxan xeyli xəstə olsa da, sonuncu dəfə bu xəstəliyə 2012-ci ildə rast gəlinib. Bundan iki il sonra 2 nəfər Azərbaycan üçün xarakterik olmayan tropik malyariyaya tutulub. Aparılan tədbirlər nəticəsində hazırda ölkəmizdə malyariyanın aradan qaldırılmasına nail olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO