Antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Xankəndi şəhərində dünyaya gələn ilk körpənin ailəsi üçün şəhərdə mənzil ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb.
“Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızının övladı dünyaya gəlib.
Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Xankəndi şəhərində 33 ildən sonra ilk azərbaycanlı körpənin dünyaya göz açması qürurverici hadisə olmaqla yanaşı, bu torpaqlarda həyatın yenidən canlanmasının daha bir müjdəsidir.
Qeyd edək ki, gənc ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil ayrılıb”, - deyə məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:03 / 23.04.2024
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə mənzil ayrıldı - FOTO
Hazırda oxunan: Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə mənzil ayrıldı - FOTO
Hazırda oxunan: Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə mənzil ayrıldı - FOTO
188646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.