Tolik:

Tolik: "Cavanşirin reytinq verdiyi verilişlərin aparıcıları onunla vidalaşmağa gəlmədi" - FOTO

Hazırda oxunan: Tolik: "Cavanşirin reytinq verdiyi verilişlərin aparıcıları onunla vidalaşmağa gəlmədi" - FOTO

188239

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəssalam!".

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb.

Tolik mərhum sənətkarlar, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla birgə verilişində çəkilən fotosunu paylaşaraq  aparıcılara sərt mesajlar ünvanlayıb:

"Cavanşir müəllimin getdiyi və reytinq verdiyi verilişlərin heç birinin aparıcıları onunla vidalaşmağa gəlməmişdi. TikTok-da Cavanşir müəllimin danışdığı hissələri paylaşıb verlişlərinizi reklam edənlər, harada idiniz? Allah hər ikisinə rəhmət eləsin…".

Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında evində qəfil ürəktutmasından vəfat edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO