"Qarabağ" "Sabah"a məğlub oldu - VİDEO

Hazırda oxunan: "Qarabağ" "Sabah"a məğlub oldu - VİDEO

187172

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunlarına yekun vurulub.

Bizim.Media xəbər verir ki, sürpriz nəticənin qeydə alındığı günün son matçında "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəlib.

"Bank Respublika Arena"da keçirilən görüşdə meydan sahibləri çempionluğu daha əvvəldən rəsmiləşdirən Ağdam təmsilçisinə 3:2 hesabı ilə qalib gəlib. 
Bakı klubunun heyətində müvafiq olaraq Amin Seydiyev, Cesse Sekidika və Tellur Mütəllimov fərqləniblər. 

Qonaq komandanın qollarını isə Leandro Andrade və Nəriman Axundzadə vurub.

Qeyd edək ki, turun digər görüşlərində "Sumqayıt" "Zirə" ilə bərabərə qalıb - 0:0. "Turan Tovuz" "Qəbələ"ni 2:1, "Neftçi" isə "Araz Naxçıvan"ı 3:0 məğlub edib. "Səbail" - "Kəpəz" oyununda 3:3 hesabı qeydə alınıb.
 

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO