Borrell: Aİ Ukraynanın müdafiəsi ilə bağlı kifayət qədər iş görmür

Borrell: Aİ Ukraynanın müdafiəsi ilə bağlı kifayət qədər iş görmür

Hazırda oxunan: Borrell: Aİ Ukraynanın müdafiəsi ilə bağlı kifayət qədər iş görmür

186585

Avropa İttifaqı (Aİ) Ukraynanın Rusiya hücumlarından qorunması üçün kifayət qədər iş görmür.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

O bildirib ki, Aİ Ukraynanı daha çox hava hücumundan müdafiə texnikası və sursatla təmin etməlidir:

“Avropa ordusunda 100-ə yaxın “Patriot” sistemi var. Ona görə də Aİ ölkələrinin guya onları Ukraynaya ayıra bilməyəcəyi inandırıcı deyil. Biz hələ də Ukraynaya 7 “Patriot”u verə bilmirik”.

C.Borrelin fikrincə, Aİ-yə üzv ölkələr təkcə Ukraynanın gələcək bərpasına deyil, həm də indiki zamanda onun məhvinin qarşısının alınmasına daha çox diqqət yetirməlidirlər:
“Yenidənqurma üçün daha az xərcin ən yaxşı yolu dağıntıların qarşısının alınması məqsədilə daha çox vəsait ayırılmasıdır”.

Ali nümayəndə bildirib ki, Aİ daha çox iş görməli, daha sürətli olmalıdır.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba martın 27-də bildirib ki, bir çox ölkə “Patriot” sistemlərinə malikdir və bu sistemlər ən qısa zamanda Ukraynaya verilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO