“Rusiya ilə bütövlükdə dövlətlər arasında ümumi ticarət dövriyyəsi təxminən 850 milyard dollardır. Bunun da Ermənistanla ticarət dövriyyəsi 7,3 milyard dollar təşkil edir. Bu, bir faizdən də azdır. Eyni zamanda Ermənistan ixracatının təxminən 35 faizi Rusiyanın payına düşür. Fərq göz qabağındadır. Yəni, dediyim kimi, Ermənistan iqtisadi cəhətdən Rusiyadan və Aİİ-dən çox asılıdır. Bizim üçün ticarət dövriyyəsindən bir-iki milyard itki heç nə deyil. Amma, Ermənistan üçün bu, əhəmiyyətli dərəcədə böyük itkidir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya KİV-lərinə müsahibəsində iqtisadçı ekspert Mixail Belyayev deyib. O bildirib ki, həm ABŞ, həm də Aİ Ermənistanı müəyyən qədər dəstəkləyəcək:
“3 milyon əhalisi olan ölkəyə dəstək vermək Qərb üçün problem deyil. Amma burada Qərbin əsas məqsədi Ermənistanın çiçəklənməsi deyil, məhz Ermənistanın Rusiyadan qopmasını təmin etməkdir.
Bu istiqamətdə Ermənistan müəyyən cəhdlər edir, lakin hələ də qəti addım atmayıb. İrəvan sadəlövhcəsinə inanır ki, iqtisadi cəhətdən Rusiya heç yerə getməyəcək. Amma bu, illüziyadır. Moskva ilə Bakının sürətli yaxınlaşması, o cümlədən ticarət-iqtisadi yolda bunun əksini göstərir. Rusiya artıq Bakı ilə İrəvan arasında balansı saxlamır, arxayın olduğu şəxslərlə uzunmüddətli əlaqələr qurur və burada seçim göz qabağındadır. Ermənistan bizə meyvə-tərəvəz, konservlər, spirtli içkilər, geyimlər və avadanlıqlar verir. Rusiya mağazalarının rəfləri sözün əsl mənasında Ermənistan istehsalı olan məhsullarla doludur. Biz bu məhsulları asanlıqla dost ölkələrin, o cümlədən Azərbaycan malları ilə əvəz edə bilərik. O zamansa bu Ermənistanın sonu olacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
12:34 / 10.04.2024
"Qərbin məqsədi Ermənistanı çiçəkləndirmək deyil” – Mixail Belyayev
Hazırda oxunan: "Qərbin məqsədi Ermənistanı çiçəkləndirmək deyil” – Mixail Belyayev
Hazırda oxunan: "Qərbin məqsədi Ermənistanı çiçəkləndirmək deyil” – Mixail Belyayev
186533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.