Abdullah Zubir qarşıdakı 2 ili Azərbaycanda keçirəcək.
Bizim.Media xəbər verir ki, 2018-ci ildən ölkəmizdə legioner həyatı yaşayan fransalı vinger karyerasının növbəti bölümünü də "Qarabağ"a aid etməyi lazım bilib.
Hazırkı sözləşməsi iyunda başa çatacaq 33 yaşlı oyunçu klubun irəli sürdüyü yeni şərtlərlə razılaşıb. Bunun əsasında onun əməkhaqqısının bir qədər də artırılması qərara alınıb.
Zubir "Qarabağ"a "Lans"dan gəlib. Daha öncə Şotlandiyada "Hibernian" və Rumıniyada "Petrolul"un formasını geyinib.
Mərakeş kökənli əcnəbinin adı son günlər Avropanın müxtəlif ortabab klubları ilə yanaşı hallanır. Bura "Seltik", APOEL, "CFR Kluj" və başqaları daxildir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:09 / 07.04.2024
“Qarabağ” Zubirlə razılığa gəldi
Hazırda oxunan: “Qarabağ” Zubirlə razılığa gəldi
Hazırda oxunan: “Qarabağ” Zubirlə razılığa gəldi
186098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.