Mərhum Xalq artisti Şövkət Ələkbərovanın qohumu olduğunu iddia edən Tamerlan adlı şəxs efirə çıxıb.
Bizim.Media xəbər verir ki, Rusiyada yaşayan Tamerlan adlı şəxs "Səni axtarıram" ictimai-sosial verilişinin canlı efirinə qoşularaq, anadan olduqdan sonra nənəsinin himayəsində yaşadığını bildirib.
Həmin şəxs anasını xalası, atasını isə dayısı bildiyini deyib. Tamerlan bacıları və qardaşları ilə sonradan tanış olub. Bir müddət sonra Rusiyaya köçən Tamerlanın ailə üzvləri ilə əlaqəsi kəsilib.
Həmin şəxs Ş. Ələkbərovanın anasının bibisi olduğunu iddia edib.
Rəşad Əliyev, Bizim.Media