Suda boğularaq öldürülən uşağın nənəsi danışdı - VİDEO

Suda boğularaq öldürülən uşağın nənəsi danışdı - VİDEO

Hazırda oxunan: Suda boğularaq öldürülən uşağın nənəsi danışdı - VİDEO

185081

Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində 1 yaş 4 aylıq Zeynəb Yeşilin meyiti aşkarlanıb. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı uşağın nənəsi Azadə Abdullayeva Baku TV-yə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda dəniz sahilində 6 aylıq uşaq meyiti tapıldı


Onun sözlərinə görə, atası azyaşlını gəzməyə apardığını deyib:

“Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. O, telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin acıq edərək uşağı dostunun yanına aparıb”.

Nənə ailədaxili söz-söhbətin olmadığını da vurğulayıb:

“Onun beynində nə olduğunu isə bilmirik”.

Qeyd edək ki, Z.Yeşil A.Abdullayevanın qızının övladıdır. Qızının əri isə türkiyəlidir. Onun sözlərinə görə, övladı Türkiyədə Yeşil Ahmet Turanla dini və rəsmi nikaha girib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO