Piyada

Piyada "Azpetrol"un maşınının təkərləri arasında qalaraq öldü - FOTO

Hazırda oxunan: Piyada "Azpetrol"un maşınının təkərləri arasında qalaraq öldü - FOTO

18467

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Dördyol adlanan ərazisində qeydə alınıb.

Beləki, Zəngilan rayon sakini, 1962-ci il təvəllüdlü Dərgah İsa oğlu Ağayev idarə etdiyi "Azpetrol" şirkətinə məxsus iri tutumlu yanacaq daşıyan avtomobillə hərəkətdə olarkən həmin ərazidə yolu keçmək istəyən piyadanı vurub.

Sürücü əyləci sistemini işə salsada avtomobilin təkərləri arasında qalan piyadanı bir neçə metr sürüyüb.

Nəticədə dünyasını dəyişən piyadanın baş və bədəninin müəyyən hissəsi əzildiyi üçün şəxsiyyətini müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO