Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan deyib ki, ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasındakı görüş uyğun şərtlər altında keçirilməlidir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Co Baydendən koronavirusla bağlı təcili xəbərdarlıq - Daha bir pandemiya olacaq!
"Bu görüş münasibətlərimizi həqiqətən irəlilətmək üçün lazımi şərtlərdə baş tutmalıdır. Ancaq nə vaxt baş tutacağı və baş tutub-gtutmaması ilə bağlı fərziyyələri araşdırmağa hazır deyiləm".
Sullivan bunu CNN-ə verdiyi müsahibəsində iki dövlət başçısının görüşünün mümkünlüyü barədə sualı cavablandırarkən deyib.
Bundan əvvəl Bayden Putinlə telefon danışığında görüşün üçüncü bir ölkədə keçirməsini təklif etmişdi.
ABŞ Dövlət Katibi Toni Blinken əlavə edib ki, Bayden Putinə önümüzdəki həftələrdə görüşməyi təklif edib.
Ağ Evin mətbuat xidməti Baydenin Putin də daxil olmaqla 40 dünya liderini Vaşinqtonun 22-23 aprel tarixlərində virtual formatda təşkil etmək istədiyi iqlim zirvəsinə dəvət etdiyini bildirib.
Bizim.Media