Zamiq: “Qarabağ”a inanılmaz haqsızlıq etdilər” - FOTO

Zamiq: “Qarabağ”a inanılmaz haqsızlıq etdilər” - FOTO

Hazırda oxunan: Zamiq: “Qarabağ”a inanılmaz haqsızlıq etdilər” - FOTO

182695

Müğənni Zamiq Hüseynov ötən gün Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Qarabağ”la “Bayer”in gərgin oyunu ilə bağlı diqqət çəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi bu oyunu televizordan seyr edərkən çəkərək sosial şəbəkə hesabında yayımlayıb və komandamıza qarşı edilən haqsızlıqlara öz etirazını bildirib. 

“Ağlım kəsəndən futbol azarkeşiyəm. Bu gün “Qarabağ”a olan haqsızlıq heç vaxt qarşıma çıxmayıb. Aldığımız qırmızı kart gülünc idi.

İnanıram ki, bütün dünya hakimə güldü. 7-ci dəqiqədə vurulan qol inanılmaz dərəcədə haqsız idi. Fəxr edirəm ki, “Qarabağ” klubu Almaniya çempionatında zirvədə olan “Leverkusen”in “dizini yerə qoydu”. Qurban Qurbanov, biz sizinlə fəxr edirik! Bu sevinci bizə yaşatdığınız üçün təşəkkür edirik. Dünyaya sübut etdiniz ki, “Qarabağ” böyük klubdur”. 
Qeyd edək ki, sözügedən oyunda “Qarabağ” 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. 
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO