Göyçayda əməliyyat keçirildi - Vəzifəli şəxslər saxlanıldı

Göyçayda əməliyyat keçirildi - Vəzifəli şəxslər saxlanıldı

Hazırda oxunan: Göyçayda əməliyyat keçirildi - Vəzifəli şəxslər saxlanıldı

18205

Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.

Bizim.Media xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində qanunsuz sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini rayon İcra Hakimiyyətindən təsdiqləyiblər. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO