Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - Aldanmamaq üçün bu məqamlara diqqət yetirin

Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - Aldanmamaq üçün bu məqamlara diqqət yetirin

Hazırda oxunan: Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - Aldanmamaq üçün bu məqamlara diqqət yetirin

181557

Xaricdə təhsil almaq istəyən gənclərin sayı günü-gündən artmaqdadır. İstər valideynləri, istərsə də gəncləri maraqlandıran əsas suallardan biri xaricdə təhsil imkanları yaradan şirkətlərə inanıb-inanmamaqla bağlıdır. Çünki bəzi hallarda bu kimi şirkətlər tərəfindən aldadılan gənclər şikayətlənir, pullarının mənimsənildiyini bildirirlər.

Xaricdə təhsil imkanları yaradan şirkətlərə necə etibar etmək olar?

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, vaxtaşırı ölkəmizdə bu qəbildən olan şirkətlər üzə çıxırlar:

“Əsasən də bu kimi şirkətlər xaricdə təhsil imkanlarını qeyri-leqal yollarla həll edir. Ya attestat, ya da başqa yollarla gəncləri yaxın ölkələrə təhsil almağa göndərirlər. Lakin həmin şəxslər gələcəkdə problemlərlə üzləşirlər. Yəni bəzilərinin diplomları tanınmır, bəzilərinin oxuduğu ixtisasların bizdə ekivalentliyi yoxdur”.

Ekspert buna görə də valideynləri diqqətli olmağa çağırıb:

“Hansı şirkətlər bu sahədə daha uzun müddət ixtisaslaşıbsa, onlara müraciət etmək lazımdır. Vətəndaş şirkət tərəfindən göndəriləcəyi universiteti yaxşı araşdırmalıdır, ən azından bilməlidir ki, həmin universitet dünyanın nüfuzlu ali təhsil müəssisələrindəndir. Belə olan halda, xaricdə təhsil almağa getmək olar”.

E.Əfəndi qeyd edib ki, dövlət proqramı ilə də xaricdə təhsil alanların sayı kifayət qədərdir:

“Sonuncu belə bir imkan 2022-2026-cı il Dövlət Proqramında öz əksini tapıb. Burda əsasən magistratura pilləsinə, 20% yer isə bakalavriata ayrılıb. Yəni maliyyələşməni birbaşa dövlət həyata keçirir. Qeyri-leqal yolla xaricə gedənlərin sayı hər il mini keçir. Çalışmaq lazımdır ki, onlar öz ölkəmizdəki universitetlərdə təhsil alsınlar. Bunun üçün qəbul sadələşdirilməlidir”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO