Xocalıda uzun illərdən sonra Od çərşənbəsi qeyd edilir, tonqal qalanıb - FOTO/VİDEO

Xocalıda uzun illərdən sonra Od çərşənbəsi qeyd edilir, tonqal qalanıb - FOTO/VİDEO

Hazırda oxunan: Xocalıda uzun illərdən sonra Od çərşənbəsi qeyd edilir, tonqal qalanıb - FOTO/VİDEO

181258

İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalıda da qeyd olunub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalının bərpa və tikintisində çalışan işçilər çərşənbə tonqalı qalayıblar. 

Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib.

Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə bayram sevinci ilə yanaşı fərəhlə dolu duyğular bəxş edib.

Qeyd edək ki, Od çərşənbəsi odla, istiliklə bağlı olub insanların oda inamlarını ifadə edib. Odun, işığın ən böyük və tükənməz mənbəyi Günəşdir. Günəş göyü, yeri isindirib həyat enerjisi ilə kainata dirilik bəxş edir. İnanclara görə tonqalda həm də köhnə illərin ağrı-acıları və uğursuzluqları da yanaraq külə çevrilir.
Bu gün Xocalıda qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO